“Liverpul” qışı gözləyir
“Liverpul” “Monako”nun və Seneqal millisinin yarımmüdafiəçisi Lamin Kamaranı transfer siyahısına daxil edib.
Sportline.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı futbolçu ilə bağlı Fransa təmsilçisi ilə əlaqə saxlayıb. Kamara yay transfer pəncərəsində “Çelsi”yə keçməyə yaxın olsa da, keçid reallaşmamışdı.
Mərkəz yarımmüdafiəsində seçimlərini artırmaq istəyən “Liverpul”un oyunçuya marağı diqqət çəkir.
Bununla belə, tərəflər arasında transfer razılaşmasının əldə olunduğu bildirilmir.