Azərbaycan kuboku: Son 1/8 finalçılar kim olacaq?
Bu gün Azərbaycan kubokunda son iki 1/8 finalçı müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, 3-cü oyun günündə "Xankəndi" "Gəncəbasar"ı, "Zəngəzur" isə "Karvan-Yevlax"ı qəbul edəcək. Hər iki oyun saat 14:00-da başlayacaq.
Qeyd edək ki, bunadək "İmişli", "Şahdağ Qusar", "Şamaxı", "Şəfa", "Kəpəz", "Zirə", "Sumqayıt", "Qəbələ", "Araz-Naxçıvan" və "Marafon" 1/8 finala vəsiqə qazanıb.
29 oktyabr (cümə axşamı)
14:00. “Xankəndi” – “Gəncəbasar”
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov
Şamaxı OİK stadionu
14:00. “Zəngəzur” – “Karvan Yevlax”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli
Binə qəsəbə stadionu
27 oktyabr (çərşənbə axşamı)
“Səbail” – “Zirə” - 2:2 (Penaltilər seriyası: 2:3)
“Kür-Araz” – “Sumqayıt” - 0:11
“Qəbələ” – “Mingəçevir” - 3:0
"Şimal” – “Araz-Naxçıvan” - 0:6
“Marafon” – “Zaqatala” - 1:0
28 oktyabr (çərşənbə)
“İmişli” – “Qaradağ Lökbatan” - 4:1
MOİK – “Şahdağ Qusar” - 1:9
“Hypers” – “Şamaxı” - 1:5
“Şəfa” – “Ağstafa Gəncləri” - 9:2
“Kəpəz” – “Baku Sportinq” - 3:1