“Qalatasaray”ın futbolçusu karyerasını başa vurdu

“Qalatasaray”ın müdafiəçisi İsmail Yakobs Seneqal millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Sportline.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Yakobs qərarını klub karyerasına və ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə əsaslandırıb.

“Milli komandaya gənc bir oğlan kimi gəldim, indi isə yetkin bir insan olaraq vidalaşıram. Geridə unudulmaz xatirələr, ömürlük dostluqlar və qəlbimdə əbədi yaşayacaq minnətdarlıq hissi qoyuram", - deyə Yakops bildirib.

Qeyd edək ki, Almaniyada dünyaya gələn İsmail Yakobs 2022-ci ildən Seneqal millisinin formasını geyinirdi. O, 2022-ci il dünya çempionatında da iştirak edib.