“Dörd yaşımda Zidana bənzəmək istəyirdim”
“Vest Hem”in qadın futbol komandasının hücumçusu Viviane Asseyi uşaqlıq arzusundan danışıb.
Sportline.az xəbər verir ki, fransalı futbolçu futbola marağının 1998-ci il dünya çempionatından sonra yarandığını bildirib.
“Fransa Braziliyaya qalib gələndən sonra anama dedim: ‘Mənə futbol topu al. Futbol oynamaq istəyirəm. Zinəddin Zidana bənzəmək istəyirəm”. O, uşaqlıqdan peşəkar futbolçu olmağı arzuladığını, məktəbdə bu istəyinin bəzən qəribə qarşılandığını söyləyib.
Asseyi indi də gənc qızlara nümunə olmaq və qadın futbolunun inkişafına töhfə vermək istədiyini vurğulayıb.