Tyerri Anri: “Sakit olun, mən Keyni də, Lamin Yamalı da sevirəm”
Fransa futbolunun əfsanələrindən Tyerri Anri “Qızıl top” mərasimində səsləndirdiyi fikirlərlə bağlı tənqidlərə münasibət bildirib.
Sportline.az xəbər verir ki, sabiq hücumçu tədbirdə Harri Keyn və Lamin Yamal barədə etdiyi şərhlərin yanlış anlaşılmasına aydınlıq gətirib. Anri açıqlamasında həmin sözlərin zarafat xarakteri daşıdığını vurğulayıb:
“Sakit olun, mən Keyni də, Lamin Yamalı da sevirəm”. Onun fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Fransalı sabiq futbolçu açıqlaması ilə həm təqdir etdiyi oyunçulara münasibətini, həm də mərasimdəki şərhlərinin məqsədini izah etməyə çalışıb.