"Turan" bu gün ÇL-də cavab matçına çıxır
Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektiv Xorvatiyanın "Mladost" kollektivinin qonağı olacaq.
Zaqreb şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Xatırladaq ki, "Turan" oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk görüşdə "Mladost" üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb.
Tovuz klubu növbəti mərhələyə yüksəlsə, Bolqarıstanın "Maritza" komandası ilə qarşılaşacaq.