Ərdoğan Avropa çempionları ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa çempionu olan qadınlardan ibarət voleybol komandasını qəbul edib. 

Sportline.az xəbər verir ki, görüşdə Gənclik və İdman naziri Osman Aşkın Bak və Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ da iştirak edib. Ərdoğan çempion komanda ilə görüşərək onları tarixi uğur münasibətilə təbrik edib.

Qeyd edək ki, Türkiyə millisi 2026 CEV Avropa Çempionatının finalında İtaliyanı 3:2 hesabı ilə məğlub edərək Avropa çempionu titulunu qazanıb.