"Mançester Yunayted"i "Everton"a dəyişir
“Everton”un Markus Reşfordun transferi ilə maraqlandığı iddia olunur.
Sportline.az xəbər verir ki, Liverpul təmsilçisi İngiltərə millisinin hücumçusunu heyətinə qatmaq variantını nəzərdən keçirir. Reşfordun adı son aylarda müxtəlif klublarla yanaşı çəkilsə də, bu mərhələdə “Everton”un konkret təklif göndərdiyinə dair təsdiqlənmiş məlumat yoxdur.
Hücumçunun gələcəyi ilə bağlı vəziyyət yanvar transfer pəncərəsi yaxınlaşdıqca daha da aktuallaşa bilər.