PSJ gənc ulduzunu itirmək istəmir

PSJ Desire Due ilə müqavilənin uzadılması istiqamətində danışıqlar aparır.

Sportline.az xəbər verir ki, Fransa təmsilçisi 21 yaşlı hücumameyilli futbolçunu uzunmüddətli layihəsinin əsas hissələrindən biri kimi görür.

Məlumata görə, “Arsenal”, “Çelsi” və “Mançester Siti” də oyunçunun vəziyyətini izləyir. Paris klubunun əsas məqsədi digər Avropa nəhənglərinin marağı fonunda futbolçunun gələcəyinə aydınlıq gətirməkdir.

Danışıqların yekun nəticəsi və mümkün yeni müqavilənin müddəti barədə hələ rəsmi məlumat yoxdur.