“Bavariya” və “Borussiya” transfer yarışına girib

“Bavariya” Mönhenqladbax “Borussiya”sının 17 yaşlı yarımmüdafiəçisi Vael Moxyanı izləyir.

Sportline.az xəbər verir ki, Almaniya mətbuatında yayılan məlumata görə, Dortmund “Borussiya”sı, “Leypsiq” və “Bayer”də gənc futbolçu ilə maraqlanan klublar arasındadır. Mönhenqladbax təmsilçisi oyunçu ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır.

Qışda transfer ehtimalı aşağı qiymətləndirilsə də, yüksək məbləğli təklif gələcəyi təqdirdə vəziyyət dəyişə bilər. Hazırda “Bavariya”nın marağının konkret transfer təklifinə çevrildiyi təsdiqlənməyib.