“Milan”da yeni müqavilə
“Milan” Kristian Pulişiçlə yeni müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, amerikalı hücumameyilli futbolçu 2031-ci il iyunun 30-dək klubda qalacaq. Tərəflər arasında razılaşma əldə olunduqdan sonra müqavilə rəsmiləşdirilib.
Pulişiç son mövsümlərdə komandanın hücum xəttinin əsas oyunçularından birinə çevrilib.