"Araz-Naxçıvan" qrupda son oyuna çıxır

"Araz-Naxçıvan" futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Naxçıvan təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gələcək.

Görüş Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu 2-ci turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.

Qrupda yalnız 1-ci yeri tutan komanda 1/8 finala yüksəlir. 

Komandaların xal durumu: "Piast" – 4 xal, "Bubamara" - 3 xal, "Araz-Naxçıvan" - 3 xal, "Uypeşt" – 0 xal.