Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq

2027-ci ildə Qazaxıstanda təşkil olunacaq futzal üzrə U-19 Avropa çempionatının püşatma mərasimi oktyabrın 2-də keçiriləcək.

Sportline.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, saat 16:30-da başlayacaq.

Bu dəfə təşkilatçı ölkə də daxil olmaqla mübarizəyə 38 komanda qoşulacaq. Onlardan Qazaxıstan yığması final mərhələsində iş başında olacaq. Qalan 37 komandadan ən aşağı reytinqə malik 12-si ilkin mərhələdə gücünü sınayacaq. Komanda hər birində 4 iştirakçı olmaqla 3 qrupa səpələnəcəklər. Oyunlar gələn il yanvarın 19-dan 24-dək keçiriləcək.  Ancaq qrup qalibi olan 3 komanda əsas mərhələyə vəsiqə qazanacaq və digər 25 komandaya qoşulacaq.

Hazırda reytin cədvəlinin 24-cü pilləsində qərarlaşan Azərbaycanın U-19 millisi mübarizəyə əsas mərhələdən başlayacaq. 

Final mərhələsinin püşkatma mərasimi üçün səbətlərin tərkibi belədir: 

1-ci səbət (ev sahibi)

Portuqaliya (qrupunun 1-cisi), Sloveniya (qrupunun 1-cisi), İtaliya (qrupunun 1-cisi), Xorvatiya (qrupunun 2-cisi), Türkiyə (qrupunun 2-cisi), Moldova (qrupunun 4-cüsü), Rumıniya (qrupunun 4-cüsü)

2-ci səbət (qrupunun 1-cisi)

İspaniya, Ukrayna, Fransa, Çexiya

3-cü səbət (qrupunun 2-cisi)

Macarıstan, Polşa, Belçika, Serbiya, Bosniya və Herseqovina

4-cü səbət (qrupunun 3-cüsü)

Finlandiya, Latviya, Belarus, Yunanıstan, Niderland, Slovakiya, İngiltərə

5-ci səbət (qrupunun 4-cüsü)

Azərbaycan, Monteneqro, ilkin mərhələ, A qrupunun qalibi, ilkin mərhələ, B qrupunun qalibi, ilkin mərhələ, C qrupunun qalibi