"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
"Araz-Naxçıvan" futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirib,
Sportline.az xəbər verir ki, Naxçıvan təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gəlib.
Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçirilən görüş "Araz-Naxçıvan"ın 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da, təmsilçimiz Çempionlar Liqasında çıxışını erkən başa vurub.
Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu 2-ci turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.