"Turan" voleybol klubu ÇL-də mərhələ adladı

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib.

Sportline.az xəbər verir ki, Ziya Rəcəbovun komandası Xorvatiya təmsilçisi "Mladost"un qonağı olub.

"Turan" səfərdə 3:2 (25:22 21:25, 25:23, 23:25, 15:13) hesablı qələbə qazanaraq mərhələni adlayıb.

Tovuz təmsilçisi 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubuna rəqib olub.

Xatırladaq ki, "Turan" oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda "Mladost" üzərində 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə qələbə qazanıb.