“Barselona” 60 milyonluq transfer həmləsi

“Barselona” “Ştutqart”ın müdafiəçisi Finn Yelçlə maraqlanır.

Sportline.az xəbər verir ki, Kataloniya klubunun skautlarının 20 yaşlı futbolçunu izlədiyi və ilkin rəylərin müsbət olduğu bildirilir.

Transfer jurnalisti Canluka Di Marsionun sözlərinə görə, “Barselona” oyunçuya ciddi maraq göstərir, lakin qışda bu keçidin reallaşması çətin görünür. “Hazırda ‘Barselona’ onunla çox maraqlanır, amma klub yayda artıq xeyli vəsait xərcləyib və yanvarda yeni transferlər üçün büdcəsi məhdud ola bilər”, – deyə jurnalist bildirib

. Müdafiəçinin təxmin edilən bazar dəyəri 60 milyon avrodur və keçidin yayda reallaşması daha real sayılır.