“Çelsi”nin gənc ulduzuna Avropadan maraq

“Çelsi”nin futbolçusu Estevao Vilyan gələn il komandanı tərk edə bilər.

Sportline.az xəbər verir ki, bir neçə Avropa klubu braziliyalının vəziyyətini yaxından izləyir. Xabi Alonsonun komandaya gəlişindən sonra 19 yaşlı futbolçu əsas heyətdə yerini itirib.

O, cari mövsümdə mümkün 990 dəqiqənin cəmi 172-də meydanda olub. Bu vəziyyət onun gələcəyi ilə bağlı suallar yaradıb.