“Ona klub tapdığımız üçün şanslı idik”

“Napoli”nin idman direktoru Covanni Manna Romelu Lukakunun transferi barədə maraqlı açıqlama verib.

Sportline.az xəbər verir ki, o, belçikalı hücumçunun “Fənərbağça”ya satışının gözləniləndən çətin başa gəldiyini bildirib. “Onu almağa hazır olan bir klub tapdığımız üçün şanslı idik”, – deyə Manna qeyd edib.

Funksionerin sözlərinə görə, futbolçunun yüksək maaşı və zədə səbəbindən yaranan problemlər danışıqları çətinləşdirib.

Lukaku avqustda 6 milyon avro və bonuslar qarşılığında Türkiyə klubuna keçib.