"Araz-Naxçıvan"ın baş məşqçisi ilə yollar ayrıldı

Yevgeni Kukseviç futzal üzrə Azərbaycan millisinin və "Araz-Naxçıvan" klubunun baş məşqçi vəzifəsindən ayrılıb.

Bu barədə Sportline.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Müqaviləsi iyulun 31-də başa çatan rusiyalı mütəxəssislə yeni sözləşmə imzalanmayıb.

Xatırladaq ki, Yevgeni Kukseviç 2025-ci ilin yanvarında "Araz-Naxçıvan"ın, iyununda isə milli komandanın baş məşqçisi təyin olunmuşdu.