Afrikanın ən gənc oyunçusu bəlli oldu

Afrika Futbol Konfederasiyası qitənin ən yaxşı gənc futbolçusunun adını açıqlayıb.

Sportline.az xəbər verir ki, Dortmund “Borussiya”sında çıxış edən mərakeşli sağ cinah müdafiəçisi Əşrəf Hakimi bu mükafata layiq görülüb.

Madrid “Real”ına məxsus olan 21 yaşlı futbolçu “Vilyareal”ın nigeriyalı yarımmüdafiəçisi Samuel Çukvueze və “Lill”in nigeriyalı hücumçusu Viktor Osimheni qabaqlayıb.