Ağabalaya 2 oyunluq cəza

İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, Premyer Liqanın 16-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Sumqayıt” – “Zirə” oyununda “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Zirə” klubunun 8 nömrəli futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

“Zirə” klubunun 10 nömrəli futbolçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır,  klub 1600 manat cərimə olunur.