"Alanyaspor"un hücumçusu milli komandamızda

Türkiyənin "Alanyaspor" klubunun futbolçusu Məhəmməd Mustafa Yıldırım Azərbaycanın U-19 komandasına dəvət alıb.

Sportline.az "Yeni Alanya"ya istinadən xəbər verir ki, 17 yaşlı hücumçu millinin yanvarın 18-dən 28-dək davam edəcək Antalya hazırlığında iştirak edəcək.

Mustafa Yıldırım "Alanyaspor"un yetirməsidir.

Mustafa U-19 elit liqasında 14 oyuna 1 qol vurub.