Ali Koç: "Azərbaycanda oyun keçirmək xəyalımız var"

"Azərbaycan - Türkiyə dostluğundan danışmağa ehtiyac yoxdur. Bunu son vaxtlar stadionlarda görürük".

Sportline.az xəbər verir ki, bu sözləri "Fənərbağça"nın prezidenti Ali Koç Mesut Özilin təqdimat mərasimində deyib.

O, daha sonra bildirib: "Azərbaycanda oyun keçirmək xəyalımız var. "Fənərbağça"nın orada nə qədər sevildiyini bilirəm. Koronavirus və sıx qrafik səbəbindən bunu necə reallaşdıracağımızı bilmirəm. Amma Azərbaycanda oynamağımızı çox istəyərəm".