Almeida oynadı, komandası qalib gəldi

Millimizin üzvü Riçard Almeyda yeni klubu “Baniyas”da ikinci oyununa çıxıb.

Sportline.az xəbər verir ki, onun komandası Birləşmiş Ərəb Əmirlikləri çempionatının 14-cü turunda “Acman”ın qonağı olub. Görüş “Baniyas”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan sabiq “Qarabağ”lı 76-cı dəqiqədə - hesab 4:1 olanda əvəzlənib.

Qeyd edək ki, “Baniyas” hazırda 17 xalla 9-cu pillədə qərarlaşıb.