Almeyda gedişinin səbəbini açıqladı

"Qarabağ"dan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin "Bani Yas" klubun keçən Riçard Almeyda bununla bağlı təəssüratlarını bölüşüb.

Sportline.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi həyatında yeni səhifənin açıldığını qeyd edib:

"Bu gün həyatımda yeni mərhələ başlayır. Hər şeydən öncə, mənə bu fürsəti yaratdığı üçün Tanrıya şükür edirəm. Eyni zamanda hər zaman yanımda olan və dəstəyini əsirgəməyən ailəmə təşəkkürümü bildirirəm. Bilirsiz ki, hər şey sizin üçündür. Sizi sevirəm. Getdik!".