Alper Potuk "Fənərbağça"dan uzaqlaşdırılıb

"Qarabağ"ın transfer etmək istədiyi Alper Potuk "Fənərbaxça"nın əsas heyətindən çıxarılıb.

Sportline.az  xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin adı mövsümün ikinci yarısı üçün Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıda yer almayıb.

"Milliyət" qəzeti yazıb ki, İstanbul klubu bu addımı oyunçu "Rizəspor"a transfer olunmadığı üçün atıb. Çoxlu təzyiqə baxmayaraq, türk futbolçu klubda qalmağı üstün tutub.

Qeyd edək ki, hazırda Alper Potukun atası xərçəng xəstəliyindən əziyyət çəkir və İstanbulda müalicə olunur. Onun müalicə müddətində atasının yanında qalmaq istədiyi üçün "Fənərbaxça"da qaldığı iddia olunur.

Xatırladaq ki, "Qarabağ" da bu qış A.Potuku transfer etmək istəyib.Azərbaycan transfer pəncərəsinin bağlanmasının son gününə - fevralın 3-ə kimi tərəflər arasında danışıqlar getsə də, nəticə əldə olunmayıb. Buna əsas səbəblərdən biri tərəflərin maliyyə məsələlərində razılğa gələ bilməməsi  olub. Bundan başqa, Azərbaycan çempionatının səviyyəsinin aşağı olması da qərara təsir edib.(qol.az)