Antalya toplanışı "Sabah" üçün əlamətdar oldu
Antalya təlim-məşq toplanışı “Sabah”ın bəzi gənc futbolçuları üçün əlamətdar olub.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyədəki hazırlıqda paytaxt təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasındakı gənc futbolçu limitinə uyğun 10 oyunçu iştirak edib (Şakir Seyidov, Ozan Can Kökcü, Emil Qasımov, Abbas Ağazadə, Elçin Mustafayev, Arsen Ağcabəyov, Ceyhun Nuriyev, Neymət Musayev, Rüstəm Samiqqulin və Abdulla Xaybulayev).
Bu futbolçulardan dördü (Ceyhun Nuriyev, Neymət Musayev, Rüstəm Samiqqulin və Abdulla Xaybulayev) "Sabah"ın U-19 komandasının üzvüdür. Ceyhun Nuriyev və Neymət Musayev “Sabah”ın Antalyadakı bütün yoxlama oyunlarında şans qazanıblar. Ceyhun “Kaysar” və “Spartak-2” ilə oyunlarda fərqlənib. Digər futbolçulardan Samiqqulin 2, Xaybulayev isə 3 görüşdə şans qazanıblar.