APL--də mövsümün rekordu yeniləndi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu yenilənib.

Sportline.az xəbər verir ki, bu, XVII tura təsadüf edib. Hesabat turunda qapılara 17 top vurulub. Ən çox qol "Zirə" - "Qarabağ" matçına təsadüf edib - 0:6. Ən az qol isə "Sabah"ın səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldiyi oyunda qeydə alınıb.

Daha iki matçda qapılara 4 qol vurulub. "Səbail" evdə "Qəbələ"ni, "Neftçi" isə "Keşlə"ni eyni hesabla yenib - 3:1. Qollardan yeddisini meydan sahibləri, onunu isə qonaqlar vurublar. Beləliklə, orta hesabla hər oyun qapılardan 4,25 top keçib.

Əvvəlki rekord XII tura təsadüf edib - 16 qol. Bu turda "Neftçi" evdə "Qəbələ"ni 4:1, "Zirə" "Keşlə"ni 3:1, "Sumqayıt" isə "Qarabağ"ı 2:1 hesabı ilə üstələyib. "Sabah" isə səfərdə "Səbail"ə 1:3 hesabı ilə qalib gəlib. Orta məhsuldarlıq isə 4-ə bərabər olub.