Arda Gülər “Real Madrid” klubu ilə yollarını ayıra bilər
“Real Madrid” klubunun rəhbərliyi türkiyəli futbolçu Arda Güləri yanvar ayında icarəyə vermək istəyir.
Sportline.az “CaughtOffisde” nəşrinə istinadən xəbər verir ki, Arda Güləri icarə əsasında heyətinə qatmaq istəyən klubların sayı kifayət qədərdir. “Yuventus”, “Arsenal”, “Milan” və “Aston Villa” klubları 19 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Arda Gülərin “Real”la müqaviləsi 2029-cu ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Arda Gülər bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 1 asistlə yadda qalıb.