Arda Turan cəzalandırıldı

Türkiyə Futbol Federasiyası "Qalatasaray" klubunun futbolçusu Arda Turanı cəzalandırıb.

Sportline.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.

Buna təcrübəli oyunçunun "Fənərbağça" ilə Superliqanın XXIV turunun səfər matçından sonra təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Qeyd edək ki, "Ülker" stadionunda keçirilmiş qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.