Arsen Venger qayıdır

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger yenidən futbol sahəsinə qayıda bilər.
 
Sportline.az xəbər verir ki, onun, "Renn" klubunun prezidenti olacağı gözlənilir.
 
Bu haqda L'Equipe dərgisində məlumat yayılıb.
 
Xatırladaq ki, 70 yaşlı mütəxəssis 1996-2018-ci illər ərzində "Arsenal"ı çalışdırıb.
 
Fransalı mütəxəssis London klubu ilə 17 mükafata sahib çıxıb.