"Arsenal" "Çelsi"yə elçi düşüb
"Çelsi"nin ingiltərəli futbolçusu Noni Madueke "Arsenal"ın maraq dairəsindədir.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı sağ cinah vingerinin transfer qiyməti 40 milyon avrodur.
"Arsenal"ın rəhbərliyi bu məbləği "Çelsi"yə ödəməyə hazırdır.
Qeyd edək ki, Madueke ötən mövsümü 44 matçda 11 qol 4 məhsuldar ötürmə ilə tamamlayıb.