"Arsenal" heyətini gücləndirdi

"Arsenal" heyətinə yeni oyunçu cəlb edib.

Sportline.az xəbər verir ki, "topçular "Sauthempton"un müdafiəçisi Sedrik Soareşi transfer edib. Portuqaliya millisinin üzvü ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. London klubu bu keçid üçün 1 milyon funt-sterlinq təzminat ödəyib. 28 yaşlı futbolçunun həftəlik maaşı 65 min funt-sterlinq olacaq.

"Sauthempton" Soaureşi 2015-ci ildə "Sportinq"dən 7 milyon avroya transfer edib.