"Arsenal"da yeni futbolçu

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, "topçular" "Flamenqo"nun ispaniyalı oyunçusu Pablo Marini icarəyə götürüb. 26 yaşlı müdafiəçi mövsümün sonunadək London təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, P. Mari ötən ildən Baziliya komandasında çıxış edirdi.