"Arsenal"ın futbolçusu "Neftçi" ilə oyunu unutmur

"Mənə elə gəlir ki, Avropa Liqasına kifayət qədər hazır deyildik. Belə turnirlərdə komandada özünə güvənən və Avropada oynamış futbolçular olmalıdır. Amma bu təcrübə bizə çatmadı".

Sportline.az "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya "Arsenal"ının futbolçusu Qoran Çauşiç Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşdıqları "Neftçi" ilə matçlar barədə danışarkən deyib.

28 yaşlı serbiyalı yarımmüdafiəçi mövsümün əvvəlində çempionata yaxşı başladıqlarını söyləyib: "Neftçi"ni məğlub edə biləcəyimizə əmin idim. Amma komanda iki matçda da zəif oynadı".

Qeyd edək ki, "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsinin hər iki qarşılaşmasında "Arsenal"ı məğlub edib - 1:0, 3:0.