"Arsenal"ın Gyökeres sevdası
"Arsenal" "Sportinq"in isveçli forvardı Viktor Gyökeresi transfer etməkdə israrlıdır.
Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, London klubu 27 yaşlı futbolçu üçün 65 milyon avroluq təklif hazırlayır.
Baş məşqçi Mikel Arteta bu transferin bu ay reallaşmasını rəhbərliktən tələb edib.
Qeyd edək ki, Gyökeresin "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.