"Arsenal"ın yetirməsi "Zirə"də

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Alie Sesayla müqavilə bağlayıb. 

25 yaşlı sierra leoneli müdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, İngiltərənin "Arsenal" klubunun yetirməsi olan Sesay daha əvvəl ölkənin "Lester", "Kolçester", "Kembric", "Barnet", İsveçin "Frey", Yunanıstanın "Kissamikos" və Bolqarıstanın "Arda" klubunda çıxış edib. Futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.