Asim Xudiyev UEFA-nın kursunda
Niderlandın paytaxtı Amsterdamda UEFA-nın hakim-inspektorlar üçün növbəti kursu işə başlayıb.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 6-cı dəfə təşkil olunan kursa UEFA hakim-inspektoru Asim Xudiyev də qatılıb. Tədbir iki gün davam edəcək.
Qeyd edək ki, 2006-cı ildən keçirilən kursların budəfəki modulu 2020 - 2022-ci illəri əhatə edir.