Asiyada ilin ən yaxşısı müəyyənləşdi

Asiyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib. 

SportLine.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliyinin "Al-Ayna" klubunun şərəfini qoruyan Ömər Əbdülrəhman bu nominasiyada qalib olub.

Onun çıxış etdiyi komanda bu il Asiya Çempionlar Liqasının finalına yüksəlib.

Siyahıda ikinci yeri İraq yığmasının üzvü Əhməd Hammadi tutub. İlk üçlükdə çinli Vu Ley yer alıb.

Qitənin xaricdə oynayan ən yaxşı futbolçusu isə İngiltərə "Lester"ində çıxış edən Sindzi Okadzaki seçilib.