Bu gün Mançesterdə derbi var
İngiltərə Premyer Liqasında 4-cü tutun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün turun mərkəzi matçı keçiriləcək.
Derbi oyununda "Mançester Yunayted" əzəli rəqibi "Mançester Siti"ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Hazırda "Mançester Siti" 9 xalla 2-ci, "Mançester Yunayted" isə 4 xalla 13-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, "Mançester Yunayted" son oyununu sentyabrın 10-da Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda evdə "Sabah"a qarşı keçirib və 4:0 hesabı ilə qalib gəlib.