"Aslan" doğma meydanda "kükrədi"
Türkiyə Superliqasında 26-cı turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Qalatasaray" "Erzurumspor"u qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qalatasaray" - "Erzurumspor" - 2:0
Qollar: Mohamed, 38, 45
Bu qələbə ilə xalını 57-yə yüksəldən İstanbul təmsilçisi turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Beşiktaş" 54 xalla (25 oyun) 2-ci, "Fənərbaxça" 51 xalla (25 oyun) 3-cüdür.