"Aslanlar" bu futbolçu ilə müqavilə yenilədi

"Qalatasaray" futbolçusu Emre Taşdemirlə müqaviləsini yeniləyib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin sözləşməsi 2021-ci ilin yayınadək uzadılıb. Futbolçu növbəti mövsüm üçün  2 milyon 200 min Türk lirəsi qazanacaq.

Qeyd edək ki, E.Taşdemir ötən ildən İstanbul təmsilçisinin formasını geyinir.