"Aston Villa" Mançester klubundan 60 milyon avro tələb edir
"Mançester Yunayted"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az jurnalist David Makdonnelin məlumatına istinadən xəbər verir ki, "Aston Villa"nın ingiltərəli futbolçusu Ollie Uotkins "Mançester Yunayted"ə transfer ola bilər.
29 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.
Qeyd edək ki, Uotkinsin "Aston Villa" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.