Atletika aləmində böyük itki

Avropa Atletika Assosiasiyasının prezidenti (“European Athletics”), norveçli Sven-Arne Hansen 75 yaşında dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə Hansenin ailəsinə istinadən “Dagbladet” qəzeti bildirib.

Qeyd edilir ki, son zamanlar Hansenin səhhətində problemlər var idi.

Martda “European Athletics”in mətbuat xidməti bildirib ki, Hansen insult keçirib. Həmin vaxt onu koronavirus infeksiyası testindən keçiriblər, lakin test mənfi nəticə verib.

Hansen 2015-ci ildən “European Athletics”ə başçılıq edib. Daha əvvəl o Norveçin Yüngül Atletika Assosiasiyasının prezidenti (2003 - 2015-ci illər) idi.