Atletika üzrə Azərbaycan çempionatı start götürüb
Respublika Olimpiya Mərkəzi atletika üzrə 38-ci Azərbaycan çempionatı start götürüb.
Sportline.az xəbər verir ki, 140-dan çox idmançının qatıldığı yarışda müxtəlif bölgələrin təmsilçiləri də çıxış edir.
Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında ötən il pandemiya şəraitində bu çempionatı keçirə bilmədiklərini söyləyib.
Federasiya rəhbəri bu səbəbdən, çempionatın onlar üçün ikiqat önəmli olduğunu bildirib: "Yarışa Azərbaycanın müxtəlif bölgələrindən - Gəncə, Bərdə, Xaçmaz və Qusardan atletlər gəliblər. Ümid edirəm ki, bu çempionatın nəticələri bizə yeni idmançıların adlarını göstərəcək. Pandemiya davam etsə də, atletlər yarışa hazırlıq imkanı əldə ediblər. Manej açıqdır və idmançılar intensiz məşq proseslərindədirlər".
Hüseynzadə 2024-cü il Paris Yay Olimpiya Oyunlarına az vaxt qaldığını xatırladıb: "İki il ərzində güclü işləməliyik ki, olimpiadaya lisenziyalar qazana bilək. Atletikada lisenziyalar nəticələrə və normativlərə görə müəyyənləşir. Ümid edirəm ki, bu gündən idmançılarımız olimpiadaya qatılmaq üçün mübarizə aparacaqlar".