“Atletiko Madrid” əlcəzayirli futbolçu ilə maraqlanır
Bu mövsüm İspaniyada çempionluğu hədəfləyən “Atletiko Madrid”in yanvarda heyətinə yeni futbolçu transfer edəcəyi gözlənilir.
Sportline.az “Diario As” qəzetinə istinadən xəbər verir ki, “Atletiko” rəhbərliyi “Herta”nın 18 yaşlı futbolçusu İbrahim Maza üçün yanvarda rəsmi təklif göndərəcəyi bildirilir.
“Herta” klubunun rəhbərliyi İbrahim Manza üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, gənc futbolçunun “Herta” klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.