AVRO 2020-nin Bakıdakı matçlarına 119 minə yaxın bilet satılıb
Bu gün AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təqdimat mərasimi keçirilib. “Şamaxı Palace” otelində təşkil olunmuş tədbirdə turnirin bilet satışı haqqında da məlumat verilib.
Sportline.az xəbər verir ki, 125, 75 və 30 avro olmaqla, üç kateqoriyalı biletləri internet vasitəsiylə əldə etmək mümkündü. Mart ayından isə fiziki olaraq satış mümkün olacaq.
Bundan başqa, tədbirdə Bakıdakı qarşılaşmalara 118 840 biletin satıldığı açıqlanıb. Onlardan 19059-u Uels – İsveçrə, 32000-i Türkiyə – Uels, 30147-si İsveçrə – Türkiyə, 37634-ü isə 1/4 final oyununadır. Biletlərdən hərəyə 8 000-i iştirakçı komandalar, qalanları isə ictimaiyyət üçün nəzərdə tutulur.