Avroliqada həftənin ən yaxşısı adına namizədlər

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyunlarından sonra siyahıda İsveçrə "Bazel"indən Samuele Kampo, Almaniya "Bayer"indən (Leverkuzen) Çarles Aranqis, Ukrayna "Şaxtyor"undan Markos Antonio və İngiltərə "Mançester Yunayted"indən Odion İqalonun adı yer alıb.

Kampo Almaniyada "Ayntraxt"ı (Frankfurt) 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Aranqis Şotlandiyada "Reyncers"ə 3:1 hesabı ilə qalib gəldikləri oyunda qol vurub. Antonio Almaniyada "Volfsburq"u 1:2 hesabı ilə üstələdikləri matçda qələbə qoluna imza atıb. İqalo isə Avstriyada LASK-ı 5:0 darmadağın etdikləri qarşılaşmada hesabı açıb.

Qeyd edək ki, qalib, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində məlum olacaq.