Avroliqada turun ən yaxşısı bəlli oldu
Avropa Liqasında 2-ci turun ən yaxşı futbolçusunun adı açıqlanıb. SportLine.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən səsvermədə "Zenit"in üzvü Aleksandr Kokorin bütün rəqiblərini üstələyib. 39 faiz səs toplayan hücumçu "ən yaxşı" adına sahib çıxıb.
Konstantin Budesku ("Styaua") 24 faizlə ikinci, Manuel Fernandes ("Lokomotiv" Moskva) 13 faizlə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, A.Kokorin "Real Sosyedad"la görüşdə (3:1) dublla yadda qalıb.