"Qarabağ" futbolçusu ilə vidalaşdı

"Qarabağ" klubu braziliyalı müdafiəçi Dani Bolt ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, məlumatı Ağdam təmsilçisinin mətbuat xidməti yayıb.

2025-ci ilin yayında "Qarabağ"a keçən müdafiəçi bu müddətdə 43 matçda meydana çıxıb və 1 qol vurub.